Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2015 09:00

Ağdam rayonunda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlərə start verilib

Fevralın 13-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda üç gün davam edəcək tədbirin açılışı olub.
Tədbirin ilk günündə hərbi birlik və hissələrin bir qrup zabit heyəti, döyüş hazırlığında və xidmətdə fərqlənən 30 nəfər hərbi qulluqçu, Ağdam rayon İcra Hakimiyyəti, rayon hüquq mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə Ümumilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov tədbir iştirakçıları ilə görüş keçirib.
Tədbirin ilk gününün sonunda iştirakçıların Quzanlı qəsəbəsi, Sultanbut və köçkünlər üçün inşa edilmiş 18 saylı tam orta məktəblərdə şagirdlərlə görüşləri təşkil olunub.