Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2015 09:00

"Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər sona çatıb

Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda hərbi vətənpərvərlik tədbirinin son günü hərbi hissədə açıq qapı gününün təşkili ilə davam edib.
Tədbirdə Mahrızlı, Rzalar, Xındırıstan, Zəngişalı və Paşabəyli kənd tam orta məktəblərinin, həmçinin köçkün ərazi orta məktəbinin şagirdləri hərbi hissədə əsgərlərin yaşayış və məişət şəraiti ilə, təlim nöqtələrində atıcı silah və döyüş texnikaları ilə yaxından tanış olub, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat öyrəniblər.
Tədbir özfəaliyyət dərnəyinin konsert proqramı və səyyar naharın təşkili ilə sona çatıb.