Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2015 09:00

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında daha bir unikal cərrahi əməliyyat həyata keçirilib

Daha əvvəl aorta-koronar şuntlama əməliyyatı olunan 71 yaşlı Feyzulla Rzayevə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.
Mərkəzin rəisi doktor Anar Əmrahın rəhbərliyi ilə heyət tərəfindən "Qarın aortasının yırtılmış nəhəng anevrizması" qarın boşluğu açılmadan və anesteziya olunmadan qapalı üsulla xəstənin aortasına və hər iki qalça arteriyasına stend yerləşdirilərək yırtılmış damar bərpa olunub.
Müalicəsi uğurla başa çatdırılan F.Rzayev kafi vəziyyətdə evinə yazılıb.