Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2015 09:00

Ağdam rayonunda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlər davam edir

Fevralın 14-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda keçirilən hərbi vətənpərvərlik tədbirinin ikinci günü Ağdam rayon Mədəniyyət Evində davam edib.
Tədbir Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi yad edilməklə açıq elan olunub.
Sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, hərbi birliyin zabiti Həbib Məmmədov, rayon təhsil şöbəsinin müdir müavini Rahil Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, zabit Elvin Xəlilov, Qarabağ müharibəsi veteranı, "Azərbaycan Bayrağı" ordenli jurnalist Baxşeyiş Abbasoğlu, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri çıxış ediblər.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçular və təhsildə uğurlar əldə edən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Hərbi vətənpərvərlik tədbiri konsert proqramı ilə yekunlaşıb.