AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bəzi kütləvi informasiya vasitələrində oruc tutan hərbi qulluqçulara guya Müdafiə Nazirliyi tərəfindən qadağa qoyulması barədə məlumatlar yayılıb.
İyulun 6-dan 15-dək Paris şəhərində (Fransa) 1-ci Dünya müharibəsinin 100 illiyi, Fransanın Milli gününə həsr olunmuş parad, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Tbilisi şəhərində (Gürcüstan) Hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə) Beynəlxalq gəmi və liman təhlükəsizlik kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Vişkov şəhərində (Çexiya) 2014 Əməliyyat atıcılıq kursu keçiriləcək.
İyulun 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 2014-cü il 2 iyun tarixli Sərancamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların xidmətdən ehtiyata buraxılması həyata keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi quluqçuların ehtiyata buraxılması və çağırış yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iyulun 4-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) fəaliyyətində Silahlı Qüvvələrdə çalışan mülki işçilərin əmək və sosial hüquqlarının müdafiəsi əsas prioritetlərdən biridir.
Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili və Müdafiə nazirinin müvafiq əmrlərinin tələblərinin həyata keçirilməsi məqsədilə bu günlərdə Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu polkovnik-leytenant Hikmət Babayevin rəhbərliyi altında Silahlı Qüvvələrin yaranma və inkişaf tarixini əks etdirən Silahlı Qüvvələrin Hərb Tarixi Muzeyində olub.
Hərbi Dəniz Qüvvələrinin komandirlərin şəxsi heyət üzrə müavinləri, hüquq məsləhətçiləri və tibb ixtisaslı hərbi qulluqçuların iştirakı ilə “Narkomaniya həyat tərzinə çevirilməsin” mövzusunda seminar keçirilib.
İyulun 1-də Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin metodiki toplantısı keçirilib.