Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2014 09:00

Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Hərb Tarixi Muzeyində olub

Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili və Müdafiə nazirinin müvafiq əmrlərinin tələblərinin həyata keçirilməsi məqsədilə bu günlərdə Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu polkovnik-leytenant Hikmət Babayevin rəhbərliyi altında Silahlı Qüvvələrin yaranma və inkişaf tarixini əks etdirən Silahlı Qüvvələrin Hərb Tarixi Muzeyində olub.
Hərbi qulluqçular qədim dövrlərə və müasir zəmanəmizə dair ekspozisiya ilə yaxından tanış olub, Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zallarını ziyarət ediblər. Açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiya da onlarda böyük maraq doğurub.
Ziyarətçilər muzeylə tanışlıqdan zəngin təəssüratlarla ayrıldılar.