Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2014 09:00

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri Füzuli bölgəsindəki hərbi hospitalda olublar

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) fəaliyyətində Silahlı Qüvvələrdə çalışan mülki işçilərin əmək və sosial hüquqlarının müdafiəsi əsas prioritetlərdən biridir.
Bu günlərdə BHİK-in nümayəndələri Füzuli bölgəsindəki hərbi hospitalda müalicə olunan döyüşçülərimizi ziyarət ediblər. BHİK-in nümayəndələri əvvəlcə buradakı hərbi hissənin komandanlığı ilə görüşüb, təmas xəttindəki vəziyyət, əsgər və zabitlərimizin xidməti, hospitalda müalicə olunanların səhhəti ilə maraqlanıblar. Hospitalda müalicə olunan döyüşçülərimizə komitə tərəfindən sovqat paylanıb.
Qeyd ədək ki, BHİK digər bir çox xeyirxah işlərlə də məşğul olur. Belə ki, hərbi təhsil müəssisələrin valideyn himayəsindən məhrum olan kursantlarına zabit rütbəsi alanadək aylıq maddi yardımlar edilir.
Silahlı Qüvvələrin mülki işçiləri arasındakı 20 Yanvar və Qarabağ müharibəsi şəhidləri və əlilləri ailələrinə də maddi yardımlar göstərilir. Komitə tərəfindən mütəmadi olaraq cəbhə bölgələrindəki hərbi hissələrdə Vətənimizin müdafiəsində dayanan əsgərlərə sovqatlar aparılır.
“Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunan Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək səviyyədə təmin olunur. Bununla belə biz də mütəmadi olaraq sidq-ürəklə döyüşçülərimizi ziyarət etməyi, onlara sovqat aparmağı özümüzə borc bilirik”, - deyə BHİK-in sədri Abiyət Ağadadaşova vurğulayıb.