AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərindəki Muğam Mərkəzində şəhid Səməndər Fazil oğlu Kərimovun xatirəsinə həsr olunmuş mərasim keçirilib.
Ermənistan Respublikasının kütləvi informasiya vasitələri ölkəsinin Müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən iddia edirlər ki, guya Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir.
İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İyulun 16-dan 29-dək Novo Selo şəhərində (Bolqarıstan) "Platinum Lion" təlimi keçiriləcək.
İyulun 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrini qəbul edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə iyulun 14-də Paris şəhərində keçirilən hərbi paradda iştirak edib.
İyulun 14-dən 18-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, iyulun 25-dək Andermatt şəhərində (İsveçrə) Təkmilləşdirilmiş yay dağ təlimi kursu, avqustun 1-dək Vişkov şəhərində (Çexiya) Komanda və qərargah kursu keçiriləcək.
Müdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənə xidmətə görə sağ ol!" devizi altında təşkil olunan təntənəli mərasim yeni ənənə olmaqla yanaşı, həm də ordu ilə xalqın birliyinin təntənəsinə çevrilmişdir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 11-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) Açıq dəniz təlimi keçiriləcək.