Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2014 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri Parisdə keçirilən hərbi paradda iştirak ediblər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə iyulun 14-də Paris şəhərində keçirilən hərbi paradda iştirak edib.
Hərbi qulluqçularımız ölkəmizin bayrağını dünyanın 80-ə yaxın Silahlı Qüvvələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən hərbi paradda ilk dəfə olaraq dalğalandırıblar.