AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 1-də Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
İyulun 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Hərbi Akademiyasının 2014-cü il məzunları ilə görüşüb.
Xəbər verdiyimiz kimi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi vətənpərvərlik həftəsi çərçivəsində iyul ayının 4-də Göygöl rayonu ərazisində Murovdağ şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.
İyulun 26-da Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
İylun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
İyulun 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.
İyulun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi cənab Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İyulun 22-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi tibb xidməti mayoru Anar Əmrah mətbuat nümayəndələri ilə görüş keçirib.