Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2014 09:00

Silahlı Qüvvələrin Baş Qərargahı üçün inşa edilən yeni inzibati binanın təməlqoyma mərasimi keçirilib

İyulun 26-da Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib. Tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.
Müdafiə naziri təməlqoyma mərasimində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar ordunun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçular üçün paytaxt Bakıda və ölkənin digər bölgələrində müasir xidməti mənzillərin, hərbi hissələrdə yeni əsgər kazarmalarının və digər məişət obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulayıb.
General-polkovnik Zakir Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib. Sonra metal giliz bünövrəyə buraxılıb və binanın özülünə beton qarışığı tökülüb.