Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2014 09:00

Müdafiə Nazirliyinin ünvanına xeyli minnətdarlıq məktubları göndərilib

Xəbər verdiyimiz kimi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi vətənpərvərlik həftəsi çərçivəsində iyul ayının 4-də Göygöl rayonu ərazisində Murovdağ şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.
Şəhid ailələri bu xeyirxah vətənpərvərlik təşəbbüsünə görə Müdafiə Nazirliyinin ünvanına xeyli minnətdarlıq məktubları göndərmişlər. Həmin məktublardan birini təqdim edirik:

Azərbaycan Respublikasının Müdafiə naziri
hörmətli general-polkovnik Zakir Həsənov!

Əvvəla salam-əleyküm. Sonra Sizə bu yeni Müdafiə naziri vəzifəsini icra etməyiniz münasibətilə cansağlığı, uzun ömür və bu möhtəşəm işinizdə hər an möhtəşəm nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram.
Mən, Azərbaycan Respublikasının şəhid zabiti leytenant Böyükzadə Elşən Böyük oğlunun atası bildirmək istəyirəm ki, oğlum 1994-cü il fevral ayının 11-də Kəlbəcər rayonunun azad olunması döyüşlərdə Yanşuq kəndində düşmən gülləsinə tuş gələrək həlak olmuşdur və cəsədi bizə təhvil verilmədiyi üçün məzarı yoxdur.
20 ildən artıqdır ki, oğlum l-nt Elşənin yad edilməsi üçün hara gedək, bilmirdik. İndi Göygöl rayonunun Toğana yaşayış məntəqəsində Kəlbəcər şəhidlərinə qoyulan (04.07.2014-cü il) abidə artıq biz valideynlərin nigarançılığına son qoydu və biz lazım gəldikdə təsəlli tapmağa abidəni ziyarət edə bilərik.
Odur ki, Ali Baş Komandan İlham Əliyevdən və sizdən qəlbimin dərinliklərindən gələn səmimi və atəşin minnətdarlığımı qəbul etmənizi artıq dərəcədə xahiş edirəm.

Hörmətlə,
Şəhid l-nt Böyükzadə Elşənin atası,
B.İ.Böyükzadə