Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2014 09:00

Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Narkomaniya həyat tərzinə çevirilməsin” mövzusunda seminarda iştirak edib

Hərbi Dəniz Qüvvələrinin komandirlərin şəxsi heyət üzrə müavinləri, hüquq məsləhətçiləri və tibb ixtisaslı hərbi qulluqçuların iştirakı ilə “Narkomaniya həyat tərzinə çevirilməsin” mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının direktoru Nüşabə Ələkbərova, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Mövlana Quliyeva, Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlmanis Ələkbərov, Respublika Narkoloji Mərkəzinin həkimi, yazıçı Asif Kəngərli, DİN Səbail rayon polis bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Sahib Qasımov və sahə müvəkkili polis mayoru Barat Novruzov ümumbəşəri problem olan narkomaniya, onun yaranma səbəbləri və yayılması ilə mübarizə üsulları haqqında fikirlərini bölüşüb, ölkəmizdə həyata keçirilən və prespektivdə nəzərdə tutulan tədbirlərlə bağlı məlumat veriblər.
Bakı Dövlət Universitetinin Kitabxana-informasiya fakültəsinin tələbələrinin də iştirak etdiyi tədbirin sonunda seminar iştirakçılarının sualları cavablandırılıb.