Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2014 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


İyulun 6-dan 15-dək Paris şəhərində (Fransa) 1-ci Dünya müharibəsinin 100 illiyi, Fransanın Milli gününə həsr olunmuş parad, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Tbilisi şəhərində (Gürcüstan) Hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə) Beynəlxalq gəmi və liman təhlükəsizlik kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Vişkov şəhərində (Çexiya) 2014 Əməliyyat atıcılıq kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.