Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2014 09:00

Müddətli həqiqi hərbi xidməti başa vuran əsgərlər evlərinə yola salınıb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 2014-cü il 2 iyun tarixli Sərancamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların xidmətdən ehtiyata buraxılması həyata keçirilir.
İyulun 3-də bu münasibətlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçuların təntənəli yolasalma mərasimi təşkil edilib. Xidmətdə fərqlənən əsgərlər məktəb rəisi tərəfindən mükafatlandırılıb.
Xatirə şəkli çəkildiriləndən sonra, məktəbin hərbi orkestirinin müşayiəti ilə hərbi xidməti başa vuran əsgərlər evlərinə yola salınıblar.
Mərasimdə məktəb komandanlığı, zabitlər və qonaqlar iştirak ediblər.