Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 Sentyabr 2008 00:00

Sentyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının (QAİA) Siyasi Məsələlər Komitəsinin nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 15 Sentyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 14-də saat 20:10-dan 20:30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 15:55-dən 16:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:40-dan 22:45-dək Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Sentyabr 2008 00:00

Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Melvin Duqlas Saksı və ABŞ səfirliyinin siyasi şöbəsinin rəisi Robert Qarveriki qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 13 Sentyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 12-də saat 14:00-dan 14:13-dək və 20:35-dən 20:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- sentyabrın 13-də saat 02:05-dən 02:35-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 12 Sentyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 11-də saat 15:50-dən 16:00-dək, 18:00-dan 19:35-dək və saat 22:25-dən 23:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı və İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 16:50-dən 17:00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:00-dan 18:50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:10-dan 21:45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 12 Sentyabr 2008 00:00

Sentyabrın 12-də Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri V.İstratov ölkəmizə təyin olunmuş yeni hərbi attaşe 1-ci dərəcəli kapitan A.Moiseyevi Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevə təqdim etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 2008 00:01

Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Manhaym şəhərində Almaniyanın Silahlı Qüvvələrə çağırış üzrə ekspert danışıqları (15-19 sentyabr);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İzmir şəhərində İstehkam zabitləri üçün təməl kurs (15 sentyabr 2008-26 avqust 2009); Ankara şəhərində Artilleriya zabitləri üçün təməl kurs (15 sentyabr 2008-12 iyun 2009); “Rabitə zabitləri üçün təməl kurs” (15 sentyabr 2008-19 iyun 2009); İstanbul şəhərində NATO-ya ayrılmış bölmələrin “NATO əməliyyatlarına tam uyğunluq qabiliyyətinin (FOC) qiymətləndirilməsinə hazırlanması üzrə Türkiyənin təcrübəsinin öyrənilməsi” (15-19 sentyabr); “Maliyyə zabitləri üçün təməl kurs” (15 sentyabr 2008-12 iyun 2009) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 10-da saat 14:45-dən 15:00-dək və 23:00-dan 23:20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 08:20-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 11:30-dan 11:45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 16:10-dan 16:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 18:15-dən 18:20-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:20-dən 23:40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 2008 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 10 Sentyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 9-da saat 18:48-dən 18:51-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 20:35-dən 20:45-dək və sentyabrın 10-da saat 01:25-dən 01:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23:10-dan 23:40-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.