AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 26-da saat 23:00-dan 23:15-dək, 23:45-dən 23:50-dək və sentyabrın 27-də saat 05:15-dən 05:30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 12:00-dan 12:25-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 15:15-dən 15:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:40-dan 18:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 30-da Qazax rayonunun Məzəm kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 25-də saat 11:20-dən 11:25-dək, 15:15-dən 15:30-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 16:40-dan 17:05-dək və sentyabrın 26-da saat 01:40-dan 02:20-dək, 05:30-dan 05:50-dək Füzuli rayonunun Qərvənd, Horadiz, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 18:30-dan 20:35-dək, 21:15-dən 21:45-dək və sentyabrın 26-da saat 04:10-dan 06:10-dək fasilələrlə Tərtər rayonunun Qızıloba, Seysulan, Göyarx, Çaylı və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 20:15-dən 20:20-dək və 23:40-dan 23:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Milli Müdafiə Nazirliyinin dövlət katibi Curat Raquskieneni qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 24-də saat 23:15-dən 23:35-dək, sentyabrın 25-də saat 00:20-dən 01:05-dək, 01:45-dən 03:10-dək və 05:50-dən 06:20-dək fasilələrlə Tərtər rayonunun Qızıloba, Seysulan, Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Həmin gün Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kuba Respublikasının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Marselo Kabalyero Torresi qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 23-də saat 23:10-dan 23:40-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 19:10-dan 19:30-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 19:25-dən 19:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:00-dan 20:10-dək və sentyabrın 24-də saat 00:05-dən 00:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Sentyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Türkiyə Respublikasının REM Komandanlığını ziyarət (23-25 sentyabr); Azərbaycan Respublikası ilə Çin arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Nankin şəhərində "Qərargah zabitlərinin hazırlıq kursu" (23 sentyabr 2008-21 avqust 2009);Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Regional Response 2009 təliminin növbəti planlaşdırma konfransı (29sentyabr-03oktyabr);Azərbaycan Respublikası ilə Polşa arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Varşava, Torun şəhərlərində Polşa Respublikasının Qərargah Komandanlıq və Təlim mərkəzləri ilə tanışlıq səfəri (29 sentyabr-04 oktyabr);Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində Çoxmillətli Əməliyyatlarda mülki-hərbi əməkdaşlıq mövzusunda kurs (29 sentyabr-10 noyabr) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 22-də saat 11:50-dən 12:00-dək və 15:30-dan 15:40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 19:30-dan 19:35-dək, 20:30-dan 20:40-dək və 21:10-dan 21:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:15-dən 21:20-dək və sentyabrın 23-də saat 05:30-dan 05:45-dək Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 06:30-dan 06:40-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.