Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 22-də saat 11:50-dən 12:00-dək və 15:30-dan 15:40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 19:30-dan 19:35-dək, 20:30-dan 20:40-dək və 21:10-dan 21:15-dək Xocavənd  rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino  kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:15-dən 21:20-dək və sentyabrın 23-də saat 05:30-dan 05:45-dək Ağdam rayonunun Mərzili və Şıxlar  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:30-dan 06:40-dək Tərtər rayonunun Çiləbürt  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.