Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 25-də saat 11:20-dən 11:25-dək, 15:15-dən 15:30-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 16:40-dan 17:05-dək və sentyabrın 26-da saat 01:40-dan 02:20-dək, 05:30-dan 05:50-dək Füzuli rayonunun Qərvənd, Horadiz, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında  yerləşən mövqelərdən;
- saat 18:30-dan 20:35-dək, 21:15-dən 21:45-dək və sentyabrın 26-da saat 04:10-dan 06:10-dək fasilələrlə Tərtər rayonunun Qızıloba, Seysulan, Göyarx, Çaylı və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:15-dən 20:20-dək və 23:40-dan 23:45-dək Xocavənd  rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.