Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 21 İyun 2008 00:01

NATO-nun Cənubi Qafqazda Əlaqələndirici zabiti Zbiqnev Rıbatskı Silahlı Qüvvələrimizdə uğurlu islahatların aparıldığı barədə Azərbaycan Müdafiə Nazirliyinin ünvanına məktub göndərmişdir.

Müdafiə Nazirliyinin məlumatı 20 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 19-da saat 07:20-dən 11:50-dək və saat 22:00-dan 22:35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 14:50-dən 15:10-dək və saat 23:15-dən 23:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 16:00-dan 16:15-dək iyunun 20-si saat 00:40-dan 00:56-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 05:40-dan 07:10-dək ara-sıra Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 07:07-dən 07:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 19 İyun 2008 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 19 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-də saat 13:00-dan 17:20-dək və saat 19:00-dan 22:30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi, Ağdam və Qazax rayonunun Cəfərli kəndləri ərazisində yerləşən mövqelərini;- saat 13:00-dan 13:15-dək və iyunun 19-u saat 01:35-dən 02:05-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 16:45-dən 17:00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:15-dən 23:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən; - iyunun 19-da saat 01:45-dən 02:15-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 18 İyun 2008 00:01

Bu günlərdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ünvanına Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr Komandanı Amerika Birləşmiş Ştatları Quru Qoşunları generalı Dən Mak Nelildən göndərilən məktubda sülhməramlılarımızın nümunəvi xidmətindən yüksək razılıq hissi ifadə olunur.

Müdafiə Nazirliyinin məlumatı 18 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 17-də saat 09:20-dən 13:40-dək və saat 16:40-dan 21:50-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və Mosesqex, Noyemberyan rayonu Dovex kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə, Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 21:35-dən 23:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:40-dan 22:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 22:40-dan 22:55-dək və iyunun 18-i saat 00:50-dən 01:10-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 16-da saat 17:35-dən 18:25-dək və saat 21:00-dan 21:20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 23:45-dən 23:55-dək Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:50-dən 23:58-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 16 İyun 2008 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 14 İyun 2008 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 14 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 13-də saat 12:35-dən 12:50-dək və saat 14:55-dən 15:35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 12:50-dən 13:00-dək və saat 18:40-dan 23:50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 15:30-dan 16:20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:55-dən iyunun 14-ü saat 00:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.