AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 29-da saat 13:00-dan 13:21-dək və iyunun 30-da saat 01:30-dan 01:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 15:00-dan 15:20-dək və 05:15-dən 05:35-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 05:30-dan 05:47-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan sülhməramlı bölüyünün əsgəri Ağayev Rafael Seyidbala oğlu İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 27-də saat 21:22-dən 21:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:20-dən 21:40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
İyunun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 26-da saat 15:00-dan 15:20-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;- saat 16:00-dan 16:10-dək və saat 19:15-dən 19:20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 17:45-dən 17:50-dək Füzuli rayonunun Əbdurrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - iyunun 27-də saat 05:30-dan 05:40-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 24-də saat 16:10-dan 16:30-dək və iyunun 25-də saat 01:55-dən 02:07-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
İyunun 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin direktoru, istefada olan kontr-admiral Con Bördü qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 11:05-dən 11:30-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;- saat 22:30-dan 22:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 17:15-dən 17:20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 13:45-dən 13:55-dək və iyunun 24-də saat 02:30-dan 03:30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 14:50-dən 15:20-dək və saat 04:45-dən 05:10-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 22-də saat 20:35-dən 21:10-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Koxanəbi kəndləri ərazisində yerləşən mövqelərini;- saat 14:10-dan 14:20-dək və saat 18:00-dan 18:10-dək Ağdam rayonunun Şurabad və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.