Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 29-da saat 13:00-dan 13:21-dək və iyunun 30-da saat 01:30-dan 01:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 15:00-dan 15:20-dək və 05:15-dən 05:35-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;   
- saat 05:30-dan 05:47-dək Goranboy rayonunun Tapqaraqoyunlu  kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.