Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 26-da saat 15:00-dan 15:20-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 16:00-dan 16:10-dək və saat 19:15-dən 19:20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 17:45-dən 17:50-dək Füzuli rayonunun Əbdurrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- iyunun 27-də saat 05:30-dan 05:40-dək Tərtər rayonunun Qızıloba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.