Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 11:05-dən 11:30-dək  Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- saat 22:30-dan 22:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 17:15-dən 17:20-dək  ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 13:45-dən 13:55-dək və iyunun 24-də saat 02:30-dan 03:30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 14:50-dən 15:20-dək və saat 04:45-dən 05:10-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.