Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 2008 00:01

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 3-də saat 17:15-dən 17:25-dək və 20:25-dən 21:50-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi, Ağdam kəndləri ərazisində yerləşən mövqelərini;- 18:00-dan 18:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 17:45-dən 17:50-dək və avqustun 4-də saat 02:30-dan 03:10-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:50-dən 01:10-dək və 04:30-dan 05:25-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 02:30-dan 02:35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 11:40-dan 19:40-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini;- saat 15:00-dan 15:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:00-dan 20:10-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 23:00-dan 23:10-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən; - iyunun 4-də saat 06:00-dan 06:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 3 İyun 2008 00:02

İyunun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri cənab Metyu Brayzeni qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 3 İyun 2008 00:01

İyunun 3-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqdən əvvəl rayon icra hakimiyyətində brifinq təşkil edilmiş, cəbhə zonasında baş verən bütün hadisələr ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin diqqətinə çatdırılmışdır.

Müdafiə Nazirliyinin məlumatı 3 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 2-də saat 14:30-dan iyunun 3-ü saat 02:10-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 16:20-dən 16:40-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:30-dan iyunun 3-ü saat 02:10-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdurrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 2008 00:03

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Ukraynanın Müdafiə naziri cənab Yuri Yexanurov Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 2008 00:02

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 2008 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 3-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 1-də saat 09:30-dan 14:15-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinari kəndlərindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini;- saat 12:00-dan 12:05-dək və saat 22:30-da Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 23:30-dan iyunun 2-si saat 02:45-dək fasilələrlə Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 00:10-dan 00:45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.