AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 3-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqdən əvvəl rayon icra hakimiyyətində brifinq təşkil edilmiş, cəbhə zonasında baş verən bütün hadisələr ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin diqqətinə çatdırılmışdır. Səhra köməkçiləri bu brifinqlə kifayətlənərək, təmas xəttinə getməmək barədə qərara gəlmişlər.