Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 11:40-dan 19:40-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini;
- saat 15:00-dan 15:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 20:00-dan 20:10-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;  
- saat 23:00-dan 23:10-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- iyunun 4-də saat 06:00-dan 06:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.