AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri cənab Metyu Brayzeni qəbul etmişdir. Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda mövcud olan hərbi-siyasi vəziyyət müzakirə edilmişdir.
Nazir S.Əbiyev bildirmişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən heç bir şərt irəli sürmədən tez bir zamanda geri çəkilməzsə vəziyyət nəzarətdən çıxa bilər.