Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Ostend şəhərində (Belçika Krallığı) “Dənizdə minalara qarşı mübarizə” mövzusunda konfrans  (02 -05 iyun)  
- Neapol şəhərində (İtaliya) “Hücum gəmisində təlim” kursu (02 -19 iyun);  
- Berlin şəhərində (Almaniya) “Qara Dəniz Təhlükəsizlik Siyasəti” mövzusunda konfrans  (03-05 iyun);
- İstanbul şəhərində (Türkiyə) “Orta şərqin qeyri-müəyyən gələcəyi və təhlükəsizlik problemləri” mövzusunda konfrans  (05-06 iyun) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində yardımçı işçi qrupunun iclası (02- 04 iyun), Ankara şəhərində “Xəritəçilik üzrə stajkeçmə” təlimi (02-27 iyun), İstanbul şəhərində “Dalğıc kursu” (02 iyun-25 iyul) və Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının dinləyici zabitlər qrupunun mədəni gəzintidə iştirakı (08-14 iyun);
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq San Antonio şəhərində “Aerodrom əməliyyatları üzrə zabit kursu” (06 iyun -05 dekabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.