NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Madrid şəhərində (İspaniya) “Sülhü Dəstəkləmə Əməliyyatları” konfransı (23-27 iyun);
- Lvov şəhərində (Ukrayna) “Rapid Trident 2008” təliminin Yekun planlaşdırma konfransı (23-27 iyun);
- Brüssel şəhərində (Belçika) NATO Yanacaq Komitəsinin işçi görüşü (23-27 iyun);
- Budapeşt şəhərində (Macarıstan) “Müəllimlər üçün Hərbi Terminologiya” kursu (23 iyun-04 iyul);
- Tbilisi şəhərində (Gürcüstan) SNT Konsepsiyalarının təkmilləşdirilməsi və təcrübələrin həyata keçirilməsi üzrə işçi görüşü (24-26 iyun);
- İzmir şəhərində (Türkiyə) “Hərbi Hava Əməliyyatları üzrə terminologiya” kursu (30 iyun-11 iyul) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq İstanbul şəhərində Türk Dəniz Liseyinin buraxılış mərasimində iştirak (26-28 iyun);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində “Çavuş hazırlığı” kursu (30 iyun-05 iyul) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.