Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyun 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi  Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul etmişdir.  
Nazir  NATO ilə əməkdaşlıq məsələlərində əldə edilmiş müsbət nəticələrdən danışaraq bildirmişdir ki, son illlər bu istiqamətdə nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra edilmişdir. NATO standartlarına uyğunlaşdırma sahəsində işlərin uğurla aparılması Avro-Atlantik alyansla əlaqələri daha da dərinləşdirmişdir.    
Görüş zamanı NATO Baş Katibinin xüsusi nümayəndəsi R.Simmons Müdafiə naziri S.Əbiyevin fikirləri ilə bölüşdüyünü qeyd etmiş, Azərbaycanla NATO arasında gələcəkdə də əlaqələrin daha da inkişaf etdiriləcəyinə böyük ümidlər bəslədiyini vurğulamışdır. O, bildirmişdir ki, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət planının birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nəticələr əldə edəcəkdir.