Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 17-də saat 09:20-dən 13:40-dək və saat 16:40-dan 21:50-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və Mosesqex, Noyemberyan rayonu Dovex kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə, Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- saat 21:35-dən 23:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 22:40-dan 22:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 22:40-dan 22:55-dək və iyunun 18-i saat 00:50-dən 01:10-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.