Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-də saat 13:00-dan 17:20-dək və saat 19:00-dan 22:30-dək fasilələrlə Ermənistan Respublikası Berd  rayonu Çinari və İcevan rayonu Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz  rayonunun Koxanəbi, Ağdam və Qazax rayonunun Cəfərli kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 13:00-dan 13:15-dək və iyunun 19-u saat 01:35-dən 02:05-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 16:45-dən 17:00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 22:15-dən 23:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında  yerləşən mövqelərdən;  
- iyunun 19-da saat 01:45-dən 02:15-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.