Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Bakı şəhərində NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbinin (NİSA) Böhranların idarə olunması mövzusunda növbəti yay sessiyası (16-21 iyun); NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbinin (NİSA) növbəti yay sessiyası çərçivəsində NATO-nun Əməliyyat Bölməsinin Planlaşdırma şöbəsinin rəhbəri ilə görüş (17 iyun);
- Zadar şəhərində (Xorvatiya) SNT ölkələri üçün hava hücumundan yerüstü müdafiə mövzusunda işçi görüşü (17-18 iyun);
- Sankt-Peterburq  şəhərində (Rusiya Federasiyası) Beynəlxalq Humanitar Hüquq üzrə MDB ölkələri üçün 1-ci Regional seminar (17-19 iyun);
- Abu-Dabi şəhərində (Birləşmiş Ərəb Əmirlikləri ) Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində İraq konfransı  (17-19 iyun);
- Brüssel şəhərində (Belçika) Növbəti 10 ildə SNT Konsorsiumun Müdafiə Təşkilatlarının qurulması və regional stabillik sahələrində imkanlarının genişləndirilməsi mövzusunda 10-cu konfrans (18-19 iyun) keçirilir.
Azərbaycan Respublikası ilə Ukrayna   arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vinniça  şəhərində Avia-Kosmik Tibb Mərkəzi ilə tanışlıq məqsədilə Ukrayna Respublikasına səfər  (16-19 iyun);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq İstanbul şəhərində “76-62mm Otomerlera topuna texniki xidmət” kursu (16 iyun-11 iyul); “Mərmilər və döyüş sursatları üzrə” kurs (16-27 iyun); Bakı şəhərində Azərbaycan Türkiyə yüksək səviyyəli hərbi dialoq prosesi çərçivəsində yardımçı işçi qruplarının iclasları (18-20 iyun) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.