Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO-nun Cənubi Qafqazda Əlaqələndirici zabiti Zbiqnev Rıbatskı Silahlı Qüvvələrimizdə uğurlu islahatların aparıldığı barədə Azərbaycan Müdafiə Nazirliyinin ünvanına məktub göndərmişdir. Məktubda deyilir: "Sizin ölkənizin Silahlı Qüvvələri hökumətinizin müəyyənləşdirdiyi islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə hazırlayır və yerinə yetirirlər. Azərbaycan hərbi qulluqçularının əldə etdikləri tərəqqi NATO-nun əlaqələndirici-zabiti kimi məndə böyük təəssürat yaratmışdır.
Mən bu fürsətdən istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinə davamlı uğurlar arzulayıram."