Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 19-da saat 07:20-dən 11:50-dək və saat 22:00-dan 22:35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- saat 14:50-dən 15:10-dək və saat 23:15-dən 23:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 16:00-dan 16:15-dək iyunun 20-si saat 00:40-dan 00:56-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;
- saat 05:40-dan 07:10-dək ara-sıra Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 07:07-dən 07:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.