Bu günlərdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ünvanına Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr Komandanı Amerika Birləşmiş Ştatları Quru Qoşunları generalı Dən Mak Nelildən göndərilən məktubda sülhməramlılarımızın nümunəvi xidmətindən yüksək razılıq hissi ifadə olunur. Məktubda deyilir: “Sizin Əfqanıstandakı qoşunlarınız yerləşdiyi yerdən asılı olmayaraq hər gün təhlükəsizliyə öz töhfəsini verir və hər bir tapşırığın yerinə yetirilməsində böyük çeviklik və qəhrəmanlıqlar göstərirlər. Onlar Azərbaycanın heyrətamiz nümayəndələridirlər. Onlar əvvəllər də bu cür olmuş, gələcəkdə də belə olmaqda davam edəcəklər. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək mənim üçün şərəfdir”