Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 28 Oktyabr 2004 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə naziri cənab Nikolay Svinarovun dəvətilə oktyabrın 25-dən 27-dək Bolqarıstan Respublikasında rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 27 Oktyabr 2004 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 28-də Qazax rayonunun Bala Cəfərli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 25 Oktyabr 2004 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri cənab Nikolay Svinarovun dəvətilə oktyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 16 Oktyabr 2004 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 18-dən oktyabrın 22-dək Noyştadt, şəhərində (Avstriya) “Fəlakətlərin nəticələrinin aradan qaldırılması” üzrə təlim, oktyabrın 18-dən oktyabrın 23-dək İsveçrədə İsveçrə Silahlı Qüvvələri ilə tanışlıq tədbiri, oktyabrın 18-dən oktyabrın 29-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Qərargah zabitləri üçün hərbi terminalogiya” təlimi və oktyabrın 18-dən noyabrın 26-dək York şəhərində (Böyük Britaniya) İngilis dili kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 16 Oktyabr 2004 00:00

Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əfşar Süleymanini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 2004 00:00

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 15-də Azərbaycan Respublikasının Tərtər şəhərinin 4 km.

Müdafiə Nazirliyinin məlumatı 11 Oktyabr 2004 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 11-dən oktyabrın 12-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) NATO və SHAPE qərargahlarında brifinqlər, oktyabrın 11-dən oktyabrın 15-dək Sofiya şəhərində (Bolqarıstan) “Qeyri-hərbi böhran və təbii böhranlarda silahlı qüvvələrin tibb xidmətinin rolu” üzrə ekspertlərin işçi görüşü və oktyabrın 11-dən dekabrın 17-dək Buxarest şəhərində (Rumıniya) Briqada qərargah zabitləri üçün kurs keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 8 Oktyabr 2004 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab Donald Ramsfeldin dəvətilə antiterror koalisiyası dövlətləri Müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün bugün Bəhreyn Sultanlığına işgüzar səfərə yola düşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 7 Oktyabr 2004 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah Rəisi ordu generalı Hilmi Özkökün dəvətilə oktyabrın 4-dən 6-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 4 Oktyabr 2004 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah Rəisi ordu generalı Hilmi Özkökün dəvətilə oktyabrın 4-də Ankara şəhərinə rəsmi səfərə yola düşmüşdür.