ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 28-də Qazax rayonunun Bala Cəfərli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus və Miroslav Vımetal keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Kennet Pikles və Piter Keay keçirəcəklər.