Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əfşar Süleymanini qəbul etmişdir.
Müdafiə naziri səfiri salamladıqdan sonra onu yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-İran əlaqələrinin inkişafında uğurlar arzulamışdır.
Cənab Ə.Süleymani səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini söyləmişdir.
Görüş zamanı iki dövlətin qarşılıqlı münasibətlərinin perspektivləri müzakirə edilmişdir.