AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Müdafiə naziri cənab Nikolay Svinarovun dəvətilə oktyabrın 25-də Sofiya şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfər proqramında Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Xalq Məclisində görüşlər nəzərdə tutulmuşdur.
Səfər oktyabrın 27-də başa çatacaqdır.