ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 15-də Azərbaycan Respublikasının Tərtər şəhərinin 4 km. cənub-şərqində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Kennet Pikles və Miroslav Vımetal keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Piter Key keçirəcəklər.