AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Baş Qərargah Rəisi ordu generalı Hilmi Özkökün dəvətilə oktyabrın 4-də Ankara şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfər proqramında Türkiyə Respublikasının Prezidenti cənab Əhməd Necdət Sezər, Müdafiə naziri cənab Vecdi Gönül, Türkiyə Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi və İzmir şəhərindəki ordu komandanlığı ilə görüşlər nəzərdə tutulmuşdur.
Səfər oktyabrın 6-da başa çatacaqdır.