NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 11-dən oktyabrın 12-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) NATO və SHAPE qərargahlarında brifinqlər, oktyabrın 11-dən oktyabrın 15-dək Sofiya şəhərində (Bolqarıstan) “Qeyri-hərbi böhran və təbii böhranlarda silahlı qüvvələrin tibb xidmətinin rolu” üzrə ekspertlərin işçi görüşü və oktyabrın 11-dən dekabrın 17-dək Buxarest şəhərində (Rumıniya) Briqada qərargah zabitləri üçün kurs keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.