Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 23 Sentyabr 2003 00:00

Sentyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Merkurios Karafotiası və hərbi attaşesi polkovnik İoannis Soliası qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Sentyabr 2003 00:01

Sentyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığı Qərargahının Arxa Cəbhə və təhlükəsizlik üzrə yardım proqramının rəisi general-mayor Edvard Lafonteni və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 Sentyabr 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 21-dən 23-dək Vilnüs şəhərində (Litva) “Cənubi Qafqaz:

Müdafiə Nazirliyinin məlumatı 11 Sentyabr 2003 00:00

Sentyabrın 11-də Azərbaycan Respublilasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Xarnişi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 10 Sentyabr 2003 00:02

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 11-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Baş Qərvənd kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 10 Sentyabr 2003 00:01

Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şahid Kərimullahı və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 10 Sentyabr 2003 00:00

Sentyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Tərəfdaşlığın Koordinasiya Qrupunun direktoru diviziya generalı Rıfqı Durusoyu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 8 Sentyabr 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 9-dan 11-dək Riqa şəhərində (Latviya) “Cooperative Nugget 2004” təliminin yekun planlaşdırma konfransı, sentyabrın 9-dan 25-dək Nyuport şəhərində (ABŞ) “NATO-nun Atlantika üzrə Baş Komandanlığının Hərbi dəniz əməliyyatları üzrə ingilis dili seminarı” və sentyabrın 10-dan oktyabrın 8-dək Haaqa şəhərində (Niderland Krallığı) “Niderlandın müdafiə sistemi ilə tanışlıq” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 6 Sentyabr 2003 00:00

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 8-dən 11-dək Brunsum şəhərində (Niderland Krallığı) “Allied Action-03” təliminin Yekun Planlaşdırma Konfransı, sentyabrın 8-dən 12-dək Komornı Hradek şəhərində (Çexiya) “Mülki-hərbi əməkdaşlıq üzrə NATO-nun regional əməliyyat kursu”, sentyabrın 8-dən 19-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada adi silahlara birgə nəzarət” üzrə müfəttiş/müşayiətçi kursu və Saloniki şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları” kursu keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 3 Sentyabr 2003 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri cənab Serqey İvanovun dəvətilə, “MDB iştirakçı dövlətlərinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi” çərçivəsində keçirilən “Döyüş Birliyi-2003” təlimlərində müşahidəçi kimi iştirak etmək üçün sentyabrın 3-də Həştərxan şəhərinə yola düşmüşdür.