Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 8-dən 11-dək Brunsum şəhərində (Niderland Krallığı) “Allied Action-03” təliminin Yekun Planlaşdırma Konfransı, sentyabrın 8-dən 12-dək Komornı Hradek şəhərində (Çexiya) “Mülki-hərbi əməkdaşlıq üzrə NATO-nun regional əməliyyat kursu”, sentyabrın 8-dən 19-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Avropada adi silahlara birgə nəzarət”     üzrə müfəttiş/müşayiətçi kursu və Saloniki şəhərində (Yunanıstan) “Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları”  kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.