Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 9-dan 11-dək Riqa şəhərində (Latviya) “Cooperative Nugget 2004” təliminin yekun planlaşdırma konfransı, sentyabrın 9-dan 25-dək Nyuport şəhərində (ABŞ) “NATO-nun Atlantika üzrə Baş Komandanlığının Hərbi dəniz əməliyyatları üzrə ingilis dili seminarı” və sentyabrın 10-dan oktyabrın 8-dək Haaqa şəhərində (Niderland Krallığı) “Niderlandın müdafiə sistemi ilə tanışlıq” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.