AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun Beynəlxalq Hərbi Qərargahının direktor müavini - Regional Təhlükəsizlik və Əməkdaşlıq İdarəsinin rəhbəri general-mayor Reno Dastor mart ayının 28-dən 30-dək Bakıda rəsmi səfərdə olacaqdır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində martın 29-u və 30-da Praqa şəhərində (Çexiya Respublikası) Quru Qoşunlarının Hava Hücumundan Müdafiə silahları üzrə NATO-nun ekspertlər qrupunun görüşü keçiriləcək.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 27-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş Xocavənd rayonunun Kuropatkino kəndi sahəsindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Martın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Avropa Komandanlığı Baş Komandanının müavini general Karlton U.Fulfordun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Plan və Əməliyyat İdarəsinin rəisi general-leytenant Ethem Ərdağın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 18-də Azərbaycan Repsublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Rusiya Federasiyasının Azərbaycan Repsublikasındakı keçmiş hərbi attaşesi I dərəcəli kapitan Sukaç Vladimir Mixayloviçi və yeni təyin olunmuş hərbi attaşe polkovnik Kurşakov Yuri Alekseyeviçi qəbul etmişdir.
Martın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunları Maddi-Texniki Təminat Komandanlığının Təchizat-Ləvazimat komandanı general-mayor Həsən Dəyirmançıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Strategiya İdarəsinin rəisi general-leytenat Nüsrət Taşdələrin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
1999-cu ilin Vyana sənədinə uyğun olaraq martın 12-dən 15-dək ABŞ Silahlı Qüvvələrinin inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirəcək.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 6-da Azərbaycan Respublikası Qazax rayonunun Balacəfərli və Ermənistan Respublikası Tavuş rayonunun Kayan yaşayış məntəqələri sahəsindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək.