Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

"Azərbaycan Ordusu" qəzeti № 7 (2515)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Gənclər, mən sizə inanıram, güvənirəm

Böyük tarixi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevin kəlamları həmişə cəmiyyətin inkişafına xidmət edib, gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda formalaşmasının zəruriliyini xatırladıb və bu xatırlatma cəmiyyətin yerinə yetirməli olduğu vəzifələrdən hesab edilib...davamı



“Azərbaycan Ordusu gücünü düşmənə də, dünyaya da nümayiş etdirdi”

Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi.  44 günlük müharibədə ordumuz yeni bir tarix yazdı. Müstəqil, bütöv Azərbaycan Respublikasının tarixini.

Qazanılan qələbə ordumuzun bölmələrinin qarşılıqlı fəaliyyəti, hərbi qulluqçularımızın yüksək hazırlığı nəticəsində əldə olundu. Peşəsinin sirlərinə dərindən sahib olan hərbi qulluqçularımızdan biri də Vətən müharibəsinin iştirakçısı əsgər Elvin Əliyevdir. Söhbət əsnasında öyrənirik ki, Elvin hərbçi olmağı ilə fəxr edir...davamı




Unudulmaz sərkərdə

Ümummilli lider Heydər ƏLİYEV: Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyaya tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə general, həm də vətənpərvər insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır...davamı




“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, - böyük şairimiz Məmməd Araz belə deyib. Bunu vətəndaşlıq şərti bilirik. Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə elan etmədən müharibəyə başlayanda özünü "vətən daşı" bilən vətəndaşlar Vətənin müdafiəsində dayandılar. Havadarlarından maddi və hərbi dəstək alan Ermənistan Azərbaycanın torpaqlarını işğal etdi. Azərbaycan xalqı və dövləti heç vaxt düşmənin bu işğalı ilə barışmadı. Xalqımızın qeyrətli, mərd, cəsur oğulları düşmənə qarşı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdilər. Bu illər ərzində millətimiz şəhidlikdən keçsə də, ərazi bütövlüyünü bərpa etmək üçün döyüşdü...davamı



Bizi döyüşdən-döyüşə aparan Vətən sevgisi idi

Tarix boyu dövlətlər arasında müharibələrin, faciələrin şahidi olmuşuq. Bütün müharibələr mahiyyətcə eynidir. Ancaq müharibə Vətən uğrunda olanda, işğalçıya qarşı savaşanda daha fərqli olur. Öz yurd-yuvalarını qorumaq üçün canlarını fəda edərək müqəddəs zirvəyə - şəhadətə yüksəlmək, adlarını tarixə yazaraq milyonlarla insanın yaddaşlarında iz buraxmaq hər bir insanın arzusu olmuşdur. Azərbaycan əsgəri üçün də Vətən,  torpaq qarşısında öz borcunu sonadək layiqincə yerinə yetirmək ən ümdə vəzifə olub...davamı



Ölüm var ki, həyat qədər dəyərli...

Günlərin hamısı yadda qalmır. Elə əlamətdar, xüsusi dəyər daşıyan, müqəddəs günlər var ki, heç vaxt unudulmur. Vətən müharibəsində qazanılan qələbə kimi...davamı




Əsgər düşüncəsi də Vətənə sevgidi

Bakıdakı 96 saylı orta məktəbdə oxuyurdu. Poeziyaya böyük həvəsi vardı. Yazdığı şeirləri bir qədər çəkingənliklə müəlliminə oxuyardı. Müəllimi dinləyərdi, dinləyə-dinləyə düşünərdi: şagirdin düşüncələrinin şeirləşməsi şeiriyyətə meyilli duyğuların özünəməxsusluğudu. Sağ əli ahəstəcə baxışlarında təbəssüm çiçəkləyən şagirdinin çiyninə enərdi...davamı




Tariximizin şərəfli anlarını yaşadıq

Rayonlarımız işğaldan azad olundu. Vətən müharibəsi, qazanılan qələbə  tariximizin ən şərəfli anlarını yaşatdı. 44 gün ordumuzun qələbəsinə inamla ötüşdü - döyüşlər, qələbə...davamı




Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir

"N" hərbi hissəsində ezamiyyətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İbrahim İbrahimovla tanış olduq. Enişli-yoxuşlu, təhlükəli və sərt döngələri olan dağ yolunda avtomobili məharətlə idarə etməsi onun təcrübəli sürücü olduğundan xəbər verirdi. Tovuz rayonunda dünyaya göz açmış hərbi qulluqçu uzun müddətdir ki, ordu sıralarında xidmətini uğurla davam etdirir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı