Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2021 12:45

Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir

"N" hərbi hissəsində ezamiyyətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İbrahim İbrahimovla tanış olduq. Enişli-yoxuşlu, təhlükəli və sərt döngələri olan dağ yolunda avtomobili məharətlə idarə etməsi onun təcrübəli sürücü olduğundan xəbər verirdi. Tovuz rayonunda dünyaya göz açmış hərbi qulluqçu uzun müddətdir ki, ordu sıralarında xidmətini uğurla davam etdirir.
Hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra ehtiyata buraxılan İbrahim hərbçi olmaq arzusu ilə yenidən ordu sıralarına qayıdır. "Doğulduğum rayon bədnam qonşularımızla sərhəddə yerləşir. Həm ağır müharibə illərində, həm də atəşkəs dövründə hər səhərimiz güllə səsləri ilə açılırdı. Düşmən daima yaşayış yerlərimizi atəşə tuturdu. Atam Ədalət İbrahimov birinci Qarabağ müharibəsi veteranıdır. O, tez-tez bizə ermənilərin xalqımıza qarşı etdiyi təcavüzdən, müharibə illərinin qanlı-qadalı günlərindən danışardı. Bütün bunlar məni yenidən ordu sıralarına qayıtmağa, Vətənimin keşiyində dayanmağa səsləyirdi."
Xidmətinə daim məsuliyyətlə yanaşan hərbi qulluqçu onu da qeyd etdi ki, idarə etdiyi avtomobil texnikasını saz vəziyyətdə saxlamaq sürücünün borcudur. "Çıxışdan qayıtdıqdan sonra avtomobilin hissələrinin sazlığını yoxlayıram. Hər hansı bir nasazlıq aşkara çıxanda, çalışıram ki, tez bir zamanda həmin çatışmazlığı aradan qaldırım. Çünki bizə təhkim olunan texnika daim istifadəyə hazır vəziyyətdə olmalıdır."
Təcrübəli sürücü onu da bildirdi ki, ani bir diqqətsizlik bədbəxt hadisəyə gətirib çıxara bilər. Buna görə də sürücü diqqətli və təcrübəli olmalıdır.
"Qalib ordunun hərbi qulluqçusu olmağınla nə hisslər keçirirsən?" sualımıza kiçik çavuş İbrahim İbrahimov cavab olaraq bildirdi ki, gec-tez haqq öz yerini tarmalı idi. "Döyüşçünün birinci silahı Vətən sevgisidir. Ən müasir silah və texnikanı idarə edən Azərbaycan əsgərinin qəlbində Vətənə məhəbbət, düşmənə nifrət hissi var. Bu hissdən güc alan igidlərimiz təcavüzkara 44 gün ərzində öz yerini göstərdi. Vətən müharibəsində ordumuz xalqımızın ona olan inamını, etimadını doğrultdu. Azərbaycan Ordusu qələbə qazandı, əzəli və tarixi torraqlarımız erməni işğalçılarından azad olundu. Bu qələbə bəşərilik qələbəsi oldu. 2016-cı ilin arrelində, 2018-ci ilin mayında, 2020-ci ilin iyul döyüşlərində olduğu kimi, Vətən müharibəsində də qazanılan qələbədə ordu ilə xalqın möhtəşəm birliyi dünyanı heyrətləndirdi. Biz bütün bəşəriyyətə bir daha sübut etdik ki, müqəddəs bir amal ətrafında birləşən xalqın qarşısında heç bir qüvvə tab gətirə bilməz."
Doğrudur, Azərbaycan Ordusunu qələbədən-qələbəyə araran həmin müqəddəs amal - Vətən sevgisi, tarixi torraqlarımızı azad görmək və Qarabağımızın səmasında müstəqilliyimizin rəmzi olan üçrəngli müqəddəs bayrağımızın dalğalanmasının qürurunu yaşamaq idi. Ali Baş Komandanımızın rəhbərliyi altında xalqına güvənən ordumuz bizlərə Zəfər sevincini bəxş etdi. Qoy torraqlarımız daim azad, müstəqilliyimiz əbədi, daimi və dönməz olsun!

Elçin İMANOV, "Azərbaycan Ordusu"